HƏMAS İsraildə kimya zavodunu vurdu

14 May 2021 12:39

HƏMAS-ın "İzəddin əl-Qəssam" briqadası İsraildə yerləşən kimya zavoduna zərbə endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, Nir-Oz rayonunda yerləşən zavoda PUA vasitəsilə hücum edilib.

Bununla yanaşı, İsrail ordusundan bildirilib ki, bu gün "Dəmir qübbə" sistemi tərəfindən Qəzza zolağından uçan PUA ələ keçirilib.

Milli.Az