İlahi xəbərdarlıqlara ciddi yanaşaq

15 May 2021 22:55

Allah-Taala Qurani-Kərimin "İsra" surəsinin 16-cı ayəsində buyurur:
 
وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا
 
"Biz bir məntəqəni (günahlarına görə) həlak etmək istədikdə, onun xoş güzaran keçirən adamlarına əmr edərik. Belə ki, bu əmrə qarşı müxalif və aciz olarlar. Nəticədə, əzab və ilahi qəhr-qəzəbə düçar olarlar. Sonra oranı tam viran qoyarıq."
 
"Əmərna mutrəfiha", yəni qövm başçılarına itaət əmri verərik. Allah zülm və günah yox, ədalət və ehsan göstərişi verir. Həlak etməzdən öncə itaət göstərişi verilir. Rifah içində yaşayanlar müxalif olar və adi insanlar da onların yolunu gedərlər. Həmin vaxt ilahi qəhr-qəzəb qətiləşər və itaətdən çıxanları bürüyər.
 
Hikmət sahibi olan Allahın əzab istəyi bizim günahlarımıza və mənfi xislətlərimizə əsaslanır. Əslində, Allah mehribandır, heç bir qövmü səbəbsiz yerə həlak etmir. İmam Riza (ə) buyurur: "Bu ayədə ilahi iradə bizim günahımızla şərtlənir." ("Təfsiri-Kənzüd-Dəqaiq".)

Milli.Az