Ronaldo keçmiş klubuna qayıdır, anası açıqladı!

14 May 2021 13:14

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo keçmiş klubuna qayıda bilər.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə portuqaliyalı ulduzun anası Dolores Aveyro açıqlayıb.  "Sportinq"in 2020-21 mövsümü üzrə çempionluğunu azarkeşlərlə qeyd edən Aveyro  bu sözləri deyib:

"Kriştiano ilə danışıb onu geri gətirəcəm. Gələn il o, "Alvalade stadionu"nda oynayacaq".

Qeyd edək ki, Lissabon təmsilçisinin akademiyasında yetişən Ronaldo, 2002-2003-cü illərdə "Sportinq"in formasını geyinib.

Milli.Az