Gürcüstanda son sutka ərzində 1 390 nəfər koronavirusa yoluxub

14 May 2021 12:59

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 390 yoluxma faktı qeydə alınıb, 18 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 327 831, ölənlərin sayı isə 4 397 nəfərə çatıb. Virusa yoluxanlardan 307 332 nəfərin sağaldığı bildirilir.

Milli.Az