Şuşaya çatan kimi torpağı öpdü - FOTOlar

15 May 2021 00:11

Xalq artisti Firəngiz Mütəllimova illər sonra ata yurdu Şuşaya gedib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa işğaldan azad edilən Şuşaya ayaq basarkən başını yerə qoyub torpağı öpüb.

Mütəllimova həmin görüntülərini sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam" sözlərini yazıb.

Milli.Az