Nərimanovda mopedin sürücüsü qırmızı işıqda keçdi, dəhşət yaşandı - VİDEO - FOTO

14 May 2021 11:14

Bakının Nərimanov rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Elit ticarət mərkəzinin qarşısında qeydə alınıb.

"Seat" markalı avtomobil işıqforun yaşıl işığından keçərkən 1986-cı il təvəllüdlü Ağaquliyev Fuad Hüseyn oğlu idarə etdiyi mopedlə ona çırpılıb. Qəza nəticəsində mopedin sürücüsü F.Ağaquliyev və sərnişini 1979-cu il təvəllüdlü Həsənova Samirə Qınyaz qızı ağır bədən xəsarətləri alıb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, mopedin sürücüsü işıqforun qırmızı işığından keçib.
 

Milli.Az