Dövlət sərhədində gərginlik: ABŞ Azərbaycana və Ermənistana çağırış etdi

14 May 2021 09:29

ABŞ administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb. N.Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir. Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.
 

Milli.Az