Qazaxda çayxana yanıb

14 May 2021 09:10

Qazax rayonunda çayxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 27 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli çayxananın taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az