ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb

14 May 2021 07:55

ABŞ-da atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə WPRI telekanalı bildirib.

Məlumata əsasən, hadisə Providens şəhərində (Rod-Aylend ştatı) baş verib.

Xəsarət alanlardan üçünün vəziyyəti ağır kimi qiymətləndirilir, onlar xəstəxanalara yerləşdirilib. Polis cinayətkarları hələki saxlamayıb.

Milli.Az