BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək

14 May 2021 07:22

BMT Təhlükəsizlik Şurası mayın 16-da Fələstin-İsrail münaqişə zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT yanında ABŞ-ın daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Daimi nümayəndə öz "Twitter" səhifəsində qeyd edib: "BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün bazar günü görüş keçirəcək".

Məlumata əsasən, iclas açıq formatda keçiriləcək və saat 10:00-da başlayacaq. İclasda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland çıxış edəcək.

Milli.Az