24 yaşlı Aytac doğmalarını məyus etdi

13 May 2021 17:05

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Çaylı kənd sakini, 1 uşaq anası olan 1997-ci il təvəllüdlü Astanlı Aytac Dilavər qızı yaşadığı evin həyətindəki tövlədə özünü asıb. 

Ailə üzvləri hadisədən xəbər tutarkən A.Astanlının  dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az