Türkiyəli müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı Xloe Luqnanın yeni sevgilisinin kimliyi məlum olub.
Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, 28 yaşlı irlandiyalı model ölkəsinin "Avondale United" klubunun futbolçusu Endi Okonnel ilə eşq yaşayır. O, yeni sevgilisini şəxsi "Instagram" hesabından paylaşdığı şəkillə açıqlayıb.
Qeyd edək ki, Xloe Sərdar Ortaçla 5 il evli olub.
Milli.Az