Peskov: “Putin-Bayden görüşünə dair hələlik heç bir razılıq yoxdur”

13 May 2021 14:27

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə mümkün görüşünə dair hələlik razılıq əldə olunmayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik bu barədə heç bir razılıq yoxdur. Rusiya-ABŞ sammiti mövzusu əvvəlki kimi müzakirə və analiz mərhələsindədir", - deyə Kremlin sözçüsü vurğulayıb.

Milli.Az