Gürcüstanda son sutkada koronavirusa 776 yeni yoluxma qeydə alınıb

13 May 2021 12:49

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 776 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 326 441, ölənlərin sayı isə 4 379 nəfərə çatıb. Virusa yoluxanlardan 306 264 nəfərin sağaldığı bildirilir.

Milli.Az