İsrail Hava Qüvvələri Qəzzadan buraxılan dronu vurdu

13 May 2021 19:27

İsrail Hava Qüvvələri Qəzza zolağı tərəfdən ölkə sərhədini keçən pilotsuz uçuş aparatının məhv edilməsi barədə məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin rəsmi "Twitter" səhifəsində yazılıb.

Quru nəzarət xidmətləri dronun qəzaya uğrayana qədər bütün trayektoriyasını izləyib.

Milli.Az