"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb

13 May 2021 19:41

Fransanın "Air France" hava yolu şirkəti son günlərdə İsrail ərazilərinə raket hücumlarının intensivləşməsi fonunda Tel-Əvivə uçuşları ləğv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti bildirib.

Məlumata əsasən, bu istiqamətdə uçuşların təxirə salınması və bölgədəki uçuş marşrutlarının dəyişdirilməsi barədə suala cavab olaraq bildirilib: "Air France şirkətinin 12 may 2021-ci ildən etibarən Tel-Əviv Hava Limanından uçuşlarını dayandırdığını təsdiqləyirəm".

Qeyd olunub ki, 13 və 14 may tarixlərində heç bir uçuş nəzərdə tutulmayıb.

Milli.Az