İsrail ordusu HƏMAS-a aid strateji obyektləri məhv etdi

13 May 2021 11:54

Ötən gecə İsrail ordusu HƏMAS-a məxsus strateji əhəmiyyətli binalara zərbələr endirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İsrail qırıcıları və dronları həmçinin HƏMAS-ın əks-kəşfiyyat və daxili təhlükəsizlik xidmətinə məxsus binalara zərbə endirib.

HƏMAS isə öz növbəsində gecə ərzində Qüds və Təl-Əvivə zərbələr endirildiyini bildirib.

Milli.Az