Kolarov əməliyyat olundu, mövsümü bitirdi

13 May 2021 19:21

"İnter"in müdafiəçisi Aleksandar Kolarov əməliyyat olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, serbiyalı futbolçu belindən əməliyyat edilib.

36 yaşlı oyunçununun əməliyyatının uğurlu keçdiyi bildirilib. Ancaq o, mövsümün qalan oyunlarında meydana çıxa bilməyəcək.

Xatırladaq ki, "İnter" mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Milli.Az