Avropada HƏYƏCAN TƏBİLİ: Bu rəng xərçəngə səbəb olur, DNT-yə zərər vurur

14 May 2021 21:25

E171 etiketli süni boya olan titan dioksid artıq təhlükəsiz hesab edilmir.

Milli.Az xəbər verir ki, bununla bağlı Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) alimləri xəbərdarlıq ediblər.

EFSA Qida Qatqı Maddələri və Dad Ekspert Qrupunun prezidenti Majed Younes, "Mövcud bütün elmi araşdırmalara və məlumatlara əsaslanaraq qrupun titan dioksidin pəhriz əlavəsi kimi təhlükəsiz hesab edilə bilməyəcəyi qənaətinə gəldiyini deyib.

Mütəxəssisin fikrincə, elm adamları bu maddənin genotoksikliyini, yəni DNT-yə zərər vermə qabiliyyətini istisna etmirlər. Titan dioksidin hüceyrələrdə yığılması və xərçəngə səbəb olması mümkündür.

Qeyd edək ki, məşhur boya E171 qida sənayesində istifadə olunur. Bunun sayəsində məhsullar cəlbedici görünür və vitrin ömrü uzanır. Kosmetikalarn, boyaların və dərmanların tərkibinə əlavə edilir. (publika.az)

Milli.Az