Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb

13 May 2021 10:39

Argentinada ötən sutka ərzində koronavirusa 24 475 yoluxma halı qeydə alınıb, 496 nəfər isə koronavirusdan ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ən çox yoluxma halı Buenos-Ayres əyalətində (10 349) aşkarlanıb, paytaxtda koronavirusa 2 220 nəfər yoluxub.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa 3 215 572 nəfər yoluxub, koronavirusa yoluxanlardan 68 807 nəfəri vəfat edib.

Milli.Az