İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib

13 May 2021 10:34

İsrail Türkiyənin TRT dövlət teleşirkətinin Qəzza zolağında yerləşən ofisinə raket zərbəsi endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "TRT Arabi"nin rəsmi nümayəndəsi Oduz Eser deyib.

Onun sözlərinə görə, İsrailin buraxdığı raketlərdən biri "TRT Arabi"nin ofisinin yerləşdiyi binaya düşüb.

Bildirilir ki, İsrailin hərbi təyyarələrinin zərbələri telekanalın canlı efirində yayımlanırdı.

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.

Milli.Az