Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb

13 May 2021 09:34

Son bir neçə gün ərzində Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Son 3 gün ərzində HƏMAS hərəkatının silahlılar Qəzza zolağından israil ərazisinə 1,5 mindən artıq raket atıblar".

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.

Milli.Az