Bu 2 barmağın uzunluğu XASİYYƏT və SAĞLAMLIĞINIZdan xəbər verir

12 May 2021 23:50

Ana bətnində olan dölə həm qadın, həm də kişi hormonları təsir edir. Qadın orqanizmi az miqdarda olsa da kişi hormonlarını ifraz edir.

Ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) daha az və ya daha çox təsir edə bilər. Bu uşağın ana bətnində inkişafına, onun müxtəlif orqan və sistemlərinin formalaşmasına təsir edir. Uşaq doğulanda isə bu onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.

Milli.Az bildirir ki, araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda şəhadət barmağı adsız barmaqdan daha uzun olur.

İndependent-in məlumatına görə, müxtəlif ölkələrdə aparılmış 200-dən artıq elmi araşdırma göstərib ki, barmaqların uzunluğu ilə bəzi xasiyyət və sağlamlıq göstəriciləri arasında əlaqə var.

Adsız barmaq şəhadət barmağından uzun olan insanlar (şəkildə A variantı)daha aqressiv olur, əksər hallarda öz məqsədlərinə çatır, daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur və bu səbəbdən məktəbdə problemlərlə üzləşir. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika və s.) onlar çox yaxşı nəticələr əldə edir. Bu qrup insanlar stressə daha davamlı olur, stress vəziyyətlərindən daha tez çıxır.

Adsız barmağı şəhadət barmağından qısa olan insanlar (şəkildə b variantı) daha sülhsevər və sakit olur, konfliktlərdən qaçır, daha az pul qazanırlar. Bu insanlarda 1-ci qrup insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix və s.) daha çox meyil göstərir.

Adsız və şəhadıt barmaqları eyni uzunluqdadırsa (şəkildə c variant), bu insanlar təmkinli və mehriban olur, onları özündən çıxartmaq çətindir, etibarlı dostdurlar, istənilən insanla ünsiyyət qurmağı bacarırlar. Bu qrup insanlarda depressiya, nevroz və s. bu kimi nevroloji pozulmalara digər 2 qrupla müqayisədə daha az hallarda təsadüf edilir. (saglamolun.az)

Milli.Az