"Bavariya"da ciddi itki

12 May 2021 23:05

Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Leon Qoretska zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı alman futbolçu mövsümün qalan hissəsini buraxacaq.
 
"Bavariya" Bundesliqada çempionluğunu rəsmiləşdirib. Çempionatda sona iki tur qalıb.

Milli.Az