Çempionlar Liqasının finalı yenə Portuqaliyada keçirilə bilər

12 May 2021 22:19

İngiltərənin "Mançester Siti" ilə "Çelsi" komandaları arasında İstanbulda keçirilməli olan Çempionlar Liqasının final matçına ev sahibliyi Türkiyədən alınacaq.

Milli.Az matc.az-a istinadən bildirir ki, həlledici oyun Portuqaliyada, Portu şəhərindəki "Draqao" stadionunda keçiriləcək.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Xəbərdə, UEFA-nın yaxın zamanda final matçının məkanının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verəcəyi bildirilib.
 
Çempionlar Liqasının finalının Türkiyədən alınmasına səbəb bu ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.
 
Çempionlar Liqasının finalı mayın 29-da, İstanbulda keçirilməli idi. Ötən mövsümdə də ÇL-in finalı İstanbuldan alınaraq Portuqaliyaya verilmişdi. 

Milli.Az