İlon Mask Marsa pilotsuz uçuşun vaxtını təxmin etdi

13 May 2021 21:25

"SpaceX"in rəhbəri İlon Mask "Tvitter" səhifəsində Marsa pilotsuz uçuşun 2024-cü ildə həyata keçirilə biləcəyi haqqında yazıb. Sosial şəbəkə istifadəçilərindən biri Maskdan qırmızı planetə pilotsuz uçuşların 2026-cı ilə qədər mümkün olub olmadığını soruşub. Suala cavab olaraq "SpaceX"in rəhbəri uçuşun 2024-cü il üçün istisna edilmədiyini bildirib.

Bundan əvvəl Mask Marsın fəthində mümkün insan qurbanlarının olacağı barədə etiraflar etmişdir. Onun sözlərinə görə, bu planeti araşdırmağa gedən insanların ilk qrupu üçün həyat təhlükəsi ola bilər. Mayın 5-də "SpaceX"in prototipi olan "Starship" ABŞ-dakı bir sınaq sahəsinə ilk uğurlu eniş etdi. Gəmi 10 km hündürlüyə qalxaraq, bütün lazımi manevrləri etdikdən sonra, qüsursuz olaraq eniş meydançasına oturub.

Milli.Az