Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq

13 May 2021 20:50

Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.

Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.

Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.

Milli.Az