"Ayaks" çempionluq kubokunu azarkeşləri arasında böldü - FOTO

12 May 2021 20:48

Niderlandın "Ayaks" klubu azarkeşlərinə jest edib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Erediviziyanın qalibi olan Amsterdam təmsilçisi çempionluq kubokunu əridərək, kiçik ulduz formasında mövsümlük bilet sahibi olan azarkeşlərinə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ayaks" Erediviziyada sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Milli.Az