Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq

12 May 2021 15:25

Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada "Xarıbülbül" festivalının açılışında iştirak edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq".

Milli.Az