"İnter"in futbolçuları karantin qaydalarını pozdu

13 May 2021 19:17

"İnter"in bəzi oyunçuları koronavirus qaydalarını pozduğuna görə cəzalandırılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb Romelu Lukakunun 28 yaşını komanda yoldaşları  Aşraf Hakimi,  İvan Perişiç və  Eşli Yanq və digər 20 nəfərlə birgə qeyd etməsidir. Onlar ötən  gecə Milanın mərkəzindəki otellərdən birində olublar.

Polis şikayət zəngindən yerli vaxtla gecə saat üçdə partiyə gəlib. Tədbiri təşkil edən otel restoran meneceri də daxil olmaqla, ümumilikdə 24 nəfərin cərimələnəcəyi bildirilib.

Milli.Az