Saakaşvili qətiləşdirdi - Gürcüstana dönür

12 May 2021 11:44

Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili yenidən Gürcüstana dönəcəyini açıqlayıb.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, eks prezident bunu müsahibəsi zamanı deyib.

O, sözügedən kanala verdiyi müsahibəsində oktyabrda ölkəsində keçiriləcək parlament seçkilərindən də söz açıb.

"Onlar (indiki hakimiyyət) referendumda məğlub olanda, bu isə əsl referendumdur- o zaman oliqarx İvanişvilinin hakimiyyəti sona çatacaq. Meliyanın sərbəst buraxılması, hadisələri sürətləndirəcək. Çox ümid edirəm ki, hər şey lazım olduğu kimi gedəcək - Gürcüstanda demokratiya bərpa ediləcək ", - deyə Saakaşvili bildirib.

Üçüncü prezident müsahibəsi zamanı Gürcüstana qayıdacağını da istisna etməyib. 

"Gürcüstanda baş verəcək bütün proseslərdə iştirak edəcəyəm. Həbs olunmağımdan və ya hər hansı bir repressiyalarından qorxmuram.  Məni Navalny kimi həbs etmək istəyirlərsə, buyursunlar, mən bundan qorxmuram. Çünki biz vaxtikən böyük uğurlar əldə etmiş bir ölkəni itiririk". 

Milli.Az