Mark Zukerberq keçilərinin FOTOsunu paylaşdı

12 May 2021 11:14

"Facebook"un təsisçisi Mark Zukerberq sosial şəbəkədə keçilərinin fotosunu yayıb.

Milli.Az "bizim.media"ya istinadən xəbər evrir ki, o, heyvanlara Bitkoin və Maks adlarını verib.

Paylaşımı şərh edən istifadəçilər bildiriblər ki, Zukerberq bu yolla kriptovalyutaya dəstəyini nümayiş etdirib.

Qeyd edilib ki, ayın sonunda şirkət səhmdarlarının toplantısı gözlənilir. İclasda bitkoinə ciddi yatırım edilməsi barədə qərarın veriləcəyi güman olunur.

Milli.Az