Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir

12 May 2021 09:00

İtaliyanın Milan şəhərində yerləşən "La Skala" teatrı bir neçə aylıq onlayn formatda fəaliyyətdən sonra qapılarını ictimaiyyətə açır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, teatrın bədii rəhbəri və meneceri Dominik Meyer pandemiya səbəbiylə teatrın 200 günə yaxın ictimaiyyətə qapalı qaldığını xatırladıb. Bununla birgə, sentyabr ayından indiyədək onlayn rejimdə 80-ə yaxın tamaşa təşkil edilb.

Qeyd edilir ki, "La Skala"teatrı keçən il koronavirusla əlaqədar bağlanan ilk teatrlardan biri olub.

Milli.Az