Filippin sahillərində zəlzələ baş verib

12 May 2021 08:28

Sakit Okeanın Filippin sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Yeraltı təkanların episentri təxminən 237 min insanın yaşadığı Batanqas şəhərindan 2 km cənub-qərbdə, ocağı isə 133 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Milli.Az