İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub

12 May 2021 07:22

İsrailin Qəzza zolağına mayın 10-u axşam saatlarından davam edən hava və artileriya zərbələri nəticəsində 10 uşaq daxil olmaqla ən az 30 fələstinli öldürülüb və 203 nəfər yaralanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə anklavının səhiyyə nazirliyi məlumat verib.

Bildirilir ki, ən çox həlak olan sayı sektorun şimal və mərkəzi hissələrində yerləşən Qəzza və Deyr əl-Balah şəhərlərində qeydə alınıb.

Milli.Az