İlhamə Qasımova karantinə görə 25 kq kökəlib - FOTO

12 May 2021 10:50

Müğənni İlhamə Qasımova maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "MTV" kanalında yayımlanan "6/8" proqramına qonaq olan sənətçi xeyli çəki alması ilə diqqət çəkib. İlhamə 25 kiloqram kökəldiyini etiraf edib:

"1 ildir karantinə görə evdən çölə çıxmıram. İdman da edə bilmirəm. Yeyirəm və yatıram.

Ona görə də çəkim artıb. Hazırda 25 kiloqram artıq çəkim var. Hərəkət edəndə əziyyət çəkirəm".

Milli.Az