Günün koronavirus statistikası - Sağalanların sayı yoluxanlardan 2 dəfə çoxdur

11 May 2021 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Milli.Az