Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar - FOTO

11 May 2021 16:13

Jurnalistlər Qubadlı rayonunun Qəzyan kəndində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı ilə tanış olublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tibb müəssisəsi hər cür şərait və avadanlıqla təmin olunub. Burada hərbçilərimiz üçün stomatoloji, cərrahiyyə, ultrasəs müayinəsi otağı və digər müxtəlif təyinatlı müalicə və müayinə otaqları yaradılıb.

Milli.Az