Ağadadaş Ağayevlə bağlı məyusedici xəbər

11 May 2021 16:14

Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə əməliyyat olunacaq.

Milli.Az azxəbər-ə istinadla xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran bildirib. O, Xalq artistinin bu dəfə daha ağır əməliyyat keçirəcəyini deyib:

"Sabah mənimçün önəmli gündür. İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkimlər, doğmaları onun üçün dua edir. Çünki çox ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq".

Milli.Az