Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq

11 May 2021 16:21

Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.

Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.

Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.

Milli.Az