Futbolçunun həyat yoldaşının əllərini bağlayıb, evini soyublar

11 May 2021 16:07

Niderlandın PSV klubunun yarımmüdafiəçisi Eran Zahavi xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  israilli futbolçu klubun bazasında olarkən evi qarət olunub.

Soyğunçular 34 yaşlı hücumameyilli oyunçunun evinə girərək, həyat yoldaşı ilə uşaqlarının əllərini və ağzını bağlayıblar. Bundan sonra qiymətli əşyaları və pulları götürərək yoxa çıxıblar. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu yaxınlarda "Benfika"nın müdafiəçisi Yan Vertongenin də ailəsi soyğunçular tərəfindən hədələnib.

Milli.Az