İsrailə ultimatum verdi: İki saatınız var

11 May 2021 13:21

HƏMAS-ın hərbi qanadı olan Əl Kassam Briqadası İsrail hökumətinə ultimatum verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, təşkilat adından ultimatumu Əl Kassam Briqadasının mətbuat katibi Əbu Obayda səsləndirib. O, İsraildən dərhal Əl Aksa məscidinin mühasirəsini dayandırmağı tələb edib:

"Əgər bu tələb icra edilməsə, HƏMAS yaxın iki saat ərzində cavab verəcək".

Qeyd edək ki, bu son sutka ərzində İsrailə təşkilatın verdiyi ikinci ultimatumdur.

Milli.Az