"Fənərbağça"nın istədiyi hücumçu "Əl Hilal"la müqavilə bağladı

10 May 2021 21:05

Portuqaliyanın "Portu" klubunun futbolçusu Mussa Mareqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Milli.Az matc.az-a istinadən bildirir ki, 30 yaşlı hücumçu "Əl Hilal" klubu ilə müqavilə imzalayıb.

Bu barədə Ər Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mareqa ilə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Hücumçu yeni klubuna azad agent kimi yayda qoşulacaq.
 
Mareqa 2016-cı ildən "Portu"da çıxış edir. Malili hücumçu bu komanda ilə 190 oyunda 72 qol vurub.
 
Mareqanın adı Türkiyənin "Fənərbağça" klubu ilə hallanırdı.

Milli.Az