"Dinamo" çempion oldu

10 May 2021 20:35

Futbol üzrə Xorvatiya çempionatının qalibi müəyyənləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, 33-cü turda "Riyeka"nı 5:1 hesabıyla məğlub edən "Dinamo" sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.

78 xalı olan Zaqreb təmsilçisi ən yaxın izləyicisi "Osiyek"i 10 xal qabaqlayır.
 
"Dinamo" klub tarixində 22-ci dəfə Xorvatiya çempionu olub.

Milli.Az