Bundesliqa klubunda yeni baş məşqçi

11 May 2021 19:32

"Köln"ün yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Steffen Baumqart təyin olunub. O, bu mövsüm başa çatdıqdan sonra Bundesliqa təmsilçisini çalışdıracaq. Fridhelm Funkeli əvəzləyəcək 49 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qetd edək ki, "Köln" hazırda Bundesliqada 29 xalla 17-ci pillədə qərarlaşıb.

Milli.Az