Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var

10 May 2021 13:01

Yerevanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın kortejinə daxil olan avtomobil qəza törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qeyd olunur ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Bundan başqa, iki avtomobilin toqquşması zamanı mopedlə pitsa daşıyan kuryerə də ziyan dəyib.

Qəzanın təfərrüatları barədə məlumat verilmir.

Milli.Az