Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib

10 May 2021 11:54

Mayın 3-dən 8-dək 93 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Qeyd edilir ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Milli.Az