Ad günü partisində dəhşət yaşandı - Sevgilisinə görə 6 nəfəri güllələdi

10 May 2021 12:21

ABŞ-ın Kolorado ştatında ad günü partisinə silahlı hücum təşkil edilib.

Milli.az xəbər verir ki, hadisə zamanı 7 nəfər həyatını itirib. Qatil də ölənlər arasındadır. Güman edilir ki, silahlı hadisəni törədəndən sonra intihar edib. Məlumata görə, hücumu təşkil edən şəxsin sevgilisi də partidə olub.

Qatil onu da öldürüb. Araşdırmalar davam edir.

Milli.Az