Acun Ilıcalıdan təsirli paylaşım – FOTO

10 May 2021 11:11

Valideynlərini Balıkəsirdəki avtomobil qəzasında itirən Türkiyənin tanınmış teleaparıcısı və prodüseri Acun Ilıcalı hər ilin may aynın ikinci bazar günündə qeyd olunan Analar Günü ilə bağlı təsirli paylaşım edib.

Milli.az oxu.az-a istinadən xəbər evrir ki, o, valideynlərinin ağ-qara təsvirini sosial şəbəkə səhifəsində dərc edib.

"Sona yetməyəcək həsrətim hər gün daha da artır. Sənə və atama layiq olmaq ən böyük xəyalımdır. Bütün analarımızın bayramı mübarək olsun", - deyə Acun fotoya şərh yazıb.

Milli.Az