İsraildə aktiv koronavirus xəstələrinin sayı 895-ə düşüb

10 May 2021 10:07

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 838 892 nəfərə, ölənlərin sayı isə 6 377 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 831 620 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 895 nəfərə düşüb.

Milli.Az